Coti Brar: “Qərb Rusiyanı parçalmaq istəyir” | VİDEO

   Coti Brar: “Qərb Rusiyanı parçalmaq istəyir”    | VİDEO
  30 İyun 2025    Oxunub:729
Qərb dövlətləri Rusiyanı hissələrə bölməyi və sonradan onları talan etməyi planlaşdırırlar.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Kommunist partiyasının sədrinin müavini Coti Brar “YouTube” kanalında belə paylaşım edib.

“Ukrayna və Rusiya arasındakı münaqişəyə diqqətlə baxsaq, bunun Qərbin Rusiyanın resursları və oradakı rejimin dəyişikliyi uğrunda mübarizəsinin bir hissəsi olduğunu görərik. Qərb liderləri Rusiyanı kiçik ölkələrə bölmək istəyirlər ki, onların öhdəsindən gəlmək daha asan olsun. Moskvanın müstəqil və antiimperialist mövqeyi ABŞ və NATO-nun maraqlarına uyğun gəlmir”, - xanım Brar bildirib.

Siyasətçinin fikrincə, Rusiyanın bir neçə kiçik dövlətə bölünməsi Qərbin onlara nəzarət etməsini asanlaşdırar, yeni qurumlar arasında daxili münaqişələr isə onlara super mənfəət əldə etməyə imkan verərdi.

Coti Brar xatırladıb ki, oxşar ssenari 20-ci əsrin sonlarında SSRİ-nin və Şərq blokunun dağılması NATO ölkələrinə keçmiş sosialist ərazilərini talamaqla öz iqtisadiyyatlarını sabitləşdirməyə imkan verən zaman müşahidə olunub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qərb   Rusiya   parçalanma  



Xəbər lenti